Futbol üzrə Azərbaycan II Liqasında X tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün liderlər qrupunda yer alan "Şəki Siti" doğma meydanda autsayder "Kürmük Qax"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
10 turdan sonra 19 xal toplayan "Şəki Siti" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Xallarını 4-ə yüksəldən "Kürmük Qax" isə 12-ci yerdədir.
“Şəki Siti” – “Kürmük Qax” 1:2
Qollar: Osman Soltanov, 80-pen – Vüqar Məmmədli, 70. Qafar Qafarov, 77.