Futbol üzrə Azərbaycan II Liqasında XI turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Kürmük Qax" doğma meydanda "Lerik"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 7-yə yüksəldən "Kürmük Qax" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 11 xalı olan "Lerik" isə 10-cu yerdədir.
"Kürmük Qax" - "Lerik" 4:0
Qollar: Büsat Süleymanov, 13, Fuad Osmanlı, 26, 58, Nail Təhməzli, 41