"Fluminense"nin yarımmüdafiəçisi Andre karyerasını Avropada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, 22 yaşlı orta xətt oyunçusu ilə İngiltərənin nəhəng klubları yaxından maraqlanır. Bu barədə "90min" nəşri məlumat yayıb.
"Liverpul" və "Arsenal" bir müddətdir braziliyalı futbolçunu gündəminə alıb. "Sambaçı" uğrunda mübarizəyə "Mançester Yunayted" və "Tottenhem" də qoşulub. Premyer Liqa klubları gənc oyunçu üçün Braziliya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Andre "Fluminense"nin yetirməsidir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 55 rəsmi matçda 1 qol vurub.