"Real Sosyedad"ı "Bavariya"ya dəyişəcək

17:19 - 6 Dekabr 2023

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi bu qış "Bavariya"ya keçə bilər.

Sportal.az xəbər verir ki, bu barədə “Bayern&Germany” məlumat yayıb. 

Mənbənin sözlərinə görə, Münhen klubu yarımmüdafiənin mərkəzini məhz Martinlə gücləndirmək niyyətindədir. Subimendinin “Real Sosyedad”la müqaviləsində 60 milyon avro təzminat nəzərdə tutulub.

"Bavariya" nümayəndələri ispan futbolçunu transfer etmək üçün hərəkətə keçib. Bu mövsüm Subimendi “Real Sosyedad”da bütün turnirlərdə 21 oyun keçirib və iki qol vurub, bir məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Xəbər xətti