UEFA AFFA-nı cərimələdi

14:49 - 6 Dekabr 2023

UEFA AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Bakıda keçirilmiş Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında (0:1) keçirilən oyuna görə AFFA-nı cərimələyib.

Sportal.az xəbər verir ki, cərimə 5000 avro (təxminən 9150 manat) təşkil edib.

Bu qərara səbəb Samir Əliyevin komandasının oyunun ikinci hissəsinə gecikməsi olub.

Amma qonaqlar da oxşar cəzaya məruz qalıblar.

Xəbər xətti