PSJ-nin qapıçısı cəzalandırıldı

13:18 - 7 Dekabr 2023

Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi PSJ-nin qapıçısı Canluici Donnarummanı iki oyunluq cəzalandırıb.

Sportal.az xəbər liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiper Fransa çempionatının 14-cü turunun XIV turunda "Havr"la matçda (2:0) birbaşa qırmızı vərəqə alıb. 

Donnarumma Liqa 1-də "Nant" (9 dekabr) və "Lill" (17 dekabr) matçlarını buraxacaq.
 

Xəbər xətti