"Hamı bilir ki, bu futbolçular böyük peşəkar deyillər"

18:22 - 7 Dekabr 2023

“Mançester Yunayted"in əfsanəvi futbolçusu Roy Kin Nemanya Matiçin bir müddət əvvəl Ceydon Sanço və Pol Poqbanın intizamlı olmaması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, “The Overlap”a danışan irlandiyalı veteran futbolçu adıçəkilən futbolçular barədə bunları deyib:

"Nemanyanın bu oyunçuların adını çəkməsinə təəccüblənmədim. Hamı bilir ki, bu futbolçular böyük peşəkar deyillər”.

Xatırladaq ki, serbiyalı yarımmüdafiəçi bir müddət əvvəl keçmiş komanda yoldaşlarının tez-tez məşqlərə gecikdiyini demişdi. Pol Poqba dopinq testinin müsbət çıxması səbəbindən müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.

Xəbər xətti