"Qarabağ"dan 500 min dollarlıq transfer - SON DƏQİQƏ

22:11 - 2 Yanvar 2024

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Sabah"dan Aleksey İsayevin keçidini həll edib.

28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçəcək və 48 saat ərzində transfer rəsmiləşəcək.

"Qarabağ" millimizin üzvü üçün "Sabah"a təxminən 500 min dollara yaxın təzminat ödəyəcək.

Futbolçu ilə 3,5 illik müqavilə şərtləri razılaşdırılıb.

Xəbər xətti