“Dinamo” rəsmiləri “Qarabağ” və “Braqa”nın futbolçuları üçün Bakıya gəlməyi planlaşdırır

17:19 - 3 Yanvar 2024

Rusiyanın “Dinamo” klubunun “Qarabağ”ın futbolçusu Juninyo ilə maraqlanması barədə xəbər vermişdik. Avrokuboklardakı performansı ilə Moskva təmsilçisinin maraq dairəsinə düşən braziliyalının Azərbaycanı tərk edib-etməyəcəyi yayda dəqiqləşəcək. 

Sportal.az saytına verilən məlumata görə, “Dinamo” Juninyonu canlı izləmək üçün gələn ay Bakıya gələcək. Maraqlısı burasındadır ki, rusların transfer siyahısında yer alan digər futbolçu da “Braqa”lıdır. "Dinamo" "Braqa"dan isə Andre Hortanı heyətinə qatmaq istəyir.

Onlar hər iki oyunçunu eyni zamanda canlı izləmək məqsədilə Bakıya səfər edəcək və “Qarabağ”- “Braqa” görüşünə baxacaq.

Xəbər xətti