"Neftçi"nin sabiq futbolçusu yüksək liqa klubunda

14:34 - 21 Yanvar 2024

"Neftçi"də özünü göstərə bilmədiyi üçün komandadan göndərilmiş Vato Arveladze Gürcüstanda iş yerini dəyişib.

Sportal.az xəbər verir ki, hücumçu uzun illərdən sonra yenidən yüksək liqaya vəsiqə qazanmış “Kolxeti-Poti” klubu ilə anlaşıb.

25 yaşlı forvard “Neftçi”dən ayrıldıqdan sonra “Dinamo”ya (Tbilisi) keçmişdi.

Gürcüstan millisinin hücumçusu "Kasımpaşa", "Lokomotivi"(Tbilisi), "Korona", "Fatih Karagümrük" komandalarında oynayıb.

Xəbər xətti