"Real" legionerini razı saldı

09:18 - 24 Yanvar 2024

"Real" Eder Militaonu başqa komandaya buraxmayıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kral klubu" braziliyalınınn müqavilə müddətini artırıb.

Yeni müqaviləyə əsasən Militao 2028-ci il iyunun 30-na qədər "Real"a məxsus olacaq. 

26 yaşlı futbolçu "Sao Paolo", "Porto"da oynadıqdan sonra 2019-cu ildə İspaniya nəhəngi ilə anlaşıb. 

Qeyd edək ki, o, bu mövsüm cəmi 1 oyunda meydana çıxıb. 

Xəbər xətti