"Mançester Siti" argentinalı hücumçu transfer etdi - RƏSMİ

13:28 - 26 Yanvar 2024

"Mançester Siti" hücum xəttinə yeni oyunçu transfer edib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "River Pleyt"dən Klaudio Eçeverrini rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Şəhərlilər" 18 yaşlı yarımmüdafiəçi üçün Argentina klubuna 14,5+9 milyon avro təzminat ödəyəcək. İngiltərə klubu gənc futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Argentina U-23 millisinin üzvü 2025-ci ilin yanvar ayında yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Klaudio Eçeverri "River Pleyt"in yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti