Premyer Liqa klubu İsveçin ən yaxşısını transfer etdi

15:34 - 27 Yanvar 2024

"Brentford" "Elfsborq" və İslandiya millisinin qapıçısı Hakon Valdimarssonla müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Hakon 2028-ci ilin iyun sonuna qədər İngiltərə klubuna məxsus olacaq.

Onun müqavilə müddəti iki il də artırıla bilər.

Premyer Liqa təmsilçisinin digər qolkiperləri Tomas Strakoşa və Mark Flekkendir.

Valdimarsson 2023-cü ildə İsveç yüksək liqasının ən yaxşı qapıçısı seçilib. 
 

Xəbər xətti