"İnter"in forvardı Azərbaycan millisinə dəvət edilə bilər

18:21 - 27 Yanvar 2024

Azərbaycan milli komandasının veteran futbolçusu Rauf Əliyev yığma komandaya dəvət edilə bilər.

Sportal.az saytına verilən məlumata görə, söhbət minifutbol üzrə yığma komandadan gedir. 

Minifutbol üzrə Azərbaycan çempionatında "İnter"in formasını geyinən Əliyev daxili oyunlarda özünü yaxşı tərəfdən göstərdiyi üçün milli komandamızın məşqçilər korpusunun diqqətini çəkib.

Onun minifutbol yığmasının növbəti toplanışına dəvət edilə biləcəyi gözlənilir. 

34 yaşlı hücumçu karyerası ərzində “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”(indiki “Şamaxı”), “Kukesi”, “Qəbələ”, “Səbail”, “Kəpəz” klublarında oynayıb.

Əlavə edək ki, Minifutbol üzrə növbəti Avropa çempionatı 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq. 2022-ci ildə Slovakiyada keçirilən son Avropa çempionatının qalibi Azərbaycan millisidir.

Xəbər xətti