"Gəncə" barbadoslu oyunçu transfer etdi

22:33 - 30 Yanvar 2024

“Gəncə” voleybol klubu barbadoslu oyunçu Tatyana Şonte Sil ilə güclənib.

Sportal.az xəbər verir ki, voleybolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, ötən mövsümü ABŞ-nin “Norfolk State University” klubunda keçirib.

Gəncə təmsilçisi bir müddət əvvəl ABŞ voleybolçusu Vanessa Elena Qarsianı da heyətinə qatmışdı.

Xəbər xətti