"Real Madrid" klubunun heyətində 299-cu oyununu İspaniya Kubokunun "Real Sosyedad"la qarşılaşmasında (1:0) keçirən Vinisius Junior nəyə nail olmaq istədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, ilk dəfə bu matçda kapitan sarğısı ilə meydana çıxan futbolçu maraqlı açıqlamaları ilə yadda qalıb.
"Bu qədər uzun müddət burada oynamaq və 24 yaşımda ilk dəfə kapitan kimi meydana çıxmaq xüsusi bir hissdir. Buraya çatmaq üçün keçdiyimiz bütün yollardan sonra bu, mənim və ailəm üçün çox vacibdir.
Bu, doğrudan da xüsusi bir an idi, çünki gələcəyin nə gətirəcəyini heç vaxt bilmirsən. Mən xoşbəxtəm ki, dünyanın ən yaxşı klubunda kapitan kimi tarixə düşə bildim. Bunun haqqında heç vaxt xəyal da qurmazdım. Növbəti oyun 300-cü olacaq, amma mən artıq 400 və 500-cü oyunları keçirmək və bu klubun tarixində yer almaq istəyirəm", - deyə Vinisius Junior bildirib.
saytlarin hazirlanmasi