"Turan Tovuz" topdaşıyanlara görə cərimələndi

15:40 - 3 Sentyabr 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

30.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 61.1).

Xəbər xətti