"Sevilya"dan ayrıldı, "Seltik"lə müqavilə imzaladı

16:20 - 3 Sentyabr 2025

"Sevilya"dan ayrılan Keleçi İheanaçonun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Şotlandiyada davam etdirəcək.

İheanaço "Seltik"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Keleçi İheanaço ötən mövsümün ikinci yarısında icarə əsasında "Midlzbro"da çıxış edib.

Xəbər xətti