"Neftçi"nin iki oyunçusu Vensan Abubakar və Sessi Dalmeyda Misli Premyer Liqasının 16-cı turunun "Karvan-Yevlax"la oyununu (20 dekabr) buraxacaqlar.
Sportal.az xəbər verir ki, Abubakar və Sessi bu müddət ərzində Bakıda olmayacaqlar.
Çünki onlar müvafiq olaraq Kamerun və Benin millisi ilə Afrika Millətlər Kubokunda iştirak edəcəklər.
Afrika Millətlər Kuboku dekabrın 21-dən yanvarın 19-a qədər qədər keçiriləcək.
Qeyd edək ki, "Neftçi"nin “Karvan-Yevlax”a qarşı görüşü Bakı klubu üçün ilin son oyunu olacaq.
saytlarin hazirlanmasi
