"Qarabağ"ın iki yaş qrupu üzrə komandası 3 fərqli ölkədə beynəlxalq turnirlərdə mübarizə aparacaq.
Sportal.az xəbər verir ki, Ağdam klubunun U-11 və U-13 komandaları ölkə xaricində yarışlara qatılacaq.
13 yaşadək futbolçulardan ibarət komanda 5-8 iyun tarixlərində İtaliyada, 13-18 iyunda isə Bolqarıstanda turnirdə gücünü sınayacaq.
U-11 isə 18-22 iyun tarixlərində Polşada baş tutacaq yarışda meydana çıxacaq.
saytlarin hazirlanmasi
