II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi

15:48 - 27 May 2026

2026/2027-ci illər mövsümü üzrə II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, görüş 29 may saat 16:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq olunacaq.

Görüş Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

29 may 

II Liqa uğrunda pley-off oyunu 

16:00 “Biləsuvar” – “Ağstafa Gəncləri”
Yevlax şəhər stadionu ("CBC Sport"/canlı)

Xəbər xətti