Əliyar Ağayev rəhbərlik etdiyi Azərbaycan hakimlər briqadası yeni beynəlxalq təyinat alıb.
Sportal.az “Sport5.by” portalına istinadən xəbər verir ki, Ağayev iyunun 5-də Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Yerli hakim İqor Şumilov dördüncü hakim funksiyasını yerinə yetirəcək.
saytlarin hazirlanmasi
