Konate DÇ-2026-dan əvvəl qərar vermək istəyir

00:20 - 3 İyun 2026

İbrahima Konate əvvəllər "Barselona"ya keçmək imkanı olsa da, başqa klubu seçib.

Sportal.az xəbər verir ki, müdafiəçinin "Real"a keçidi artıq çox yaxın hesab olunur. O, "Liverpul"dan azad agent kimi ayrılır.

ESPN-in məlumatına görə, Madrid klubu Konatenin komandasında qalmayacağı aydınlaşan kimi onunla ilk əlaqə saxlayan tərəf olub. Futbolçu ilə həmçinin "Bavariya" və Səudiyyə Ərəbistanı klubları da maraqlanıb.

Konate “dünyanın ən böyük klubu” hesab etdiyi "Real"da oynamaq perspektivindən məmnundur və transferin DÇ-2026 başlamazdan əvvəl yekunlaşmasını istəyir.

Xəbər xətti