"Napoli" "Mançester Yunayted"dən icarəyə götürdüyü Rasmus Hoylunnla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi danimarkalı hücumçunun transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu Hoylunn üçün 44 milyon avroluq satınalma bəndini işə salıb. 23 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Napoli" Rasmus Hoylunnu 2025-ci ilin sentyabrında 6 milyon avro qarşılığında icarəyə götürmüşdü. Danimarka millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
