"Şahdağ Qusar"da yeni təyinat

20:50 - 3 İyun 2026

I Liqada mübarizə aparan "Şahdağ Qusar"ın yeni idman direktoru bəlli olub.

Sportal.az xəbər verir ki, "Neftçi"nin yetirməsi olan Məhəmməd Bədəlbəyli bölgə təmsilçisinin idman direktoru vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bədəlbəyli MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarının şərəfini qoruyub. O, "Neftçala"nın heyətində I Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.

Məhəmməd Bədəlbəylinin legioner təcrübəsi də var. O, Türkiyənin "Türk Birlikspor" və "Bingölspor" klublarının formalarını geyinib.

Xatırladaq ki, məşqçilik fəaliyyətinə "Leon" Uşaq Futbol Klubunda başlayan Bədəlbəyli daha sonra Qarabağ Akademiyasının U-17 və U-19 komandalarında çalışıb.

Xəbər xətti