UEFA-nın “Turan Tovuz”u avorkuboklardan kənarlaşdırmasının rəsmiləşməsindən sonra Konfransı Liqası mövsümündə Azərbaycanın təmsilçilisi də dəyişib.
Sportal.az xəbər verir ki, qərar “Turan Tovuz”un apelyasiya şikayətindən gələcək cavaba qədər qüvvədə qalır, yəni Misli Premyer Liqasında beşinci yeri tutan “Zirə” Tovuz təmsilçisini Konfrans Liqasında əvəz edəcək.
Bu isə “Neftçi” üçün də dəyişiklik deməkdir. “Ağ-qaralar” artıq Konfrans Liqasının 2-ci, “Zirə” isə birinci təsnifat mərhələsindən start götürəcək.
“Neftçi”nin öncədən ilk mərhələdə qarşılaşa biləcəyi bütün potensial rəqibləri artıq “Zirə”nin rəqibinə çevrilib. Bu dəyişiklik səbəbindən Gürcüstanın “Torpedo”(Kutaisi) səpələnmişlər, Andorranın “Santa Koloma” klubu isə səpələnməmişlər səbətinə yüksəlib.
“Zirə"nin bütün 26 potensial rəqibinin siyahısı belədir: “Torpedo” (Kutaisi, Gürcüstan), “Velej Mostar” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnan” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan”(İslandiya), “Qlentoran”(Şimali İrlandiya), “Avropa”(Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Malışeva” (Kosovo), “Elimai” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “Strassen” (Lüksemburq), “Hegelmann” (Litva), “Penibont” (Uels), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Marsaşlokk”(Malta), “Nomme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Karnarfon” (Uels), “Mondorf-les-Ben” (Lüksemburq) və “Petrovaç” (Monteneqro).
İlk turun püşkatma mərasimi iyunun 16-da, qarşılaşmalar isə iyulun 9 və 16-da keçiriləcək.
Öz növbəsində, “Neftçi”nin 2-ci mərhələdəki 42 mümkün rəqibindən 29-u var: “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya), “Rakuv”(Polşa)”Partizan”(Serbiya), “Luqano”(İsveçrə) AEK (Kipr), “Başakşehir” (Türkiyə), “Riyeka” (Xorvatiya), “ÇFR Cluj” (Rumıniya), HJK (Finlandiya), “Jrinski Mostar” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradec Kralove” (Çexiya), “Austriya”(Avstriya), “Katoviçe”(Norveç), “Vaduts” (Lixtenşteyn), “Nordşelland” (Danimarka), “Tobol”(Qazaxıstan), “Apollon” (Kipr), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları) və “Sion” (İsveçrə). Qalan komandalar birinci turun nəticələrinə əsasən müəyyənləşəcək.
Konfrans Liqasının ikinci turunun püşkatması 17 iyunda, oyunlar isə 23 və 30 iyulda keçiriləcək.
Bu arada, “Turan Tovuz” UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə son tarixdə apellyasiya verərsə, Konfrans Liqasında oynamaq şansına malikdir. Bu halda, turnir cədvəli əvvəlki vəziyyətinə qayıdacaq: “Neftçi” birinci turda, “Turan Tovuz” isə ikinci turdan çıxış edəcək.
