Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov San Marino ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib.
Sportal.az Abbasovun fikirlərini diqqətinizə çatdırır:
- Hər şey planlı şəkildə gedir. Bilirdik ki, burda bizi 2 yoldaşlıq matçı gözləyir. Heyətimiz də geniş idi. Lakin xırda detallar var idi ki, bunu planlaşdırmırdıq. Rəhim Sadıqovun xəstələnməsi və s. kimi məsələlərə görə tam istədiyimiz kimi olmadı. Bu yoldaşlıq matçında nəticədən daha öncə bizi düşündürən oyun cəhətdən bəzi amillərdir. Qarşıdan gələn Millətlər Liqasında bu bizim üçün vacib olacaq.Bəzi mövqelərdə bizi düşündürən amillər var idi. Əsas da hücumdakı tandemlər. Sabahkı oyunda da bunu görəcəyik. Rəqibizim məlumdur. Son məğlubiyyətdə nə qədər desək də, hücumlarımız çox oldu, bu hücumları sonlandırmaq da lazımdır. Çoxsaylı imkanlarımız olur, lakin bundan istifadə edə bilmirik. Bizim bəhanəmiz olmamalıdır. Sabahkı oyunda məğlubiyyəti unutdurmaq üçün futbolçular əllərindən gələni edəcəklər.
- Son oyundakı məğlubiyyətdən sonra futbolçulara nə dediniz? Sırf hücumçulara yaradılan çoxsaylı epizodları boşa vermək barədə iradlarınız oldumu?
- Çox yaxşı hücumlarımız oldu. İstək var idi. Birəbir mübarizələrdə qalib gəlirdik. Sonluq çatmadı. Oyunu təhlil etdikdə etdiyimiz bəzi səhvlər danışıldı. Oyun təcrübəsi o epizodları dəyərləndirməyə mane oldu. Buraxdığımız qollarda da etdiyimiz səhvləri nəzərdən keçirdik. Bəlkə də, bu məğlubiyyət bəzi futbolçuların xeyrinə olacaq. Milli komandada yaxşı oyun sərgiləmək üçün klub səviyyəsindəki oyunlarda futbolçuların 7-8 dəqiqə çıxış etmələrini azaltmalıyıq. Daha çox oyun praktikası olan futbolçular milli səviyyəsində bizə xeyir verə biləcək.
- Son oyundakı start heyəti sabah da görəcəyik?
- Tam olaraq heyət dəyişilir. Heyəti açıqlaya da bilərəm: Şahruddin, Cəlal, Rahib, Rəhman, Tellur, Rüfət, Səbuhi, Emin Mahmudov, Renat, Rüstəm və Ayxan
- Son oyundan sonra Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən kənarlaşdırıldılar. Bu qərar sırf bu toplanış üçün idi, ya Millətlər Liqasında da qüvvədə qalacaq?
- Çox üzücü bir qərar idi. Çünki hər iki futbolçu millinin heyətində çox nizam-intizamlı futbolçular idi. Futbol çox emosional oyundur. Amma bəzi şeylər bağışlanmır. Milli komandamızda çox yaxşı atmosfer var. Hər şey bir anda dəyişmir. Bu qərar sırf bu toplanış üçün idi. İnşallah qarşıdakı toplanışda onları görə biləcəyik.
- San-Marino FİFA reytinqində sonuncu pillədədir...
- Reytinqə baxsaq, Ukrayna ilə oyunda xal aldıq, lakin reytinqdəki yerlərimiz arasında çox fərq var. Bu cür hallar olur. San-Marino, Farer Adaları və Malta Avropada özünəməxsus oyunları olan komandalardır. Onları məğlub etmək çox da asan məsələ deyil. Hər oyunda istək olmalıdır. Qələbə istəyi, arzusu olmasa, uğur qazanmaq çətindir.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
