Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkatması bu gün keçiriləcək.
Sportal.az xəbər verir ki, püşkatmadan əvvəl səpələnməmişlər sırasında yer alan “Neftçi”nin də rəqibi dəqiqləşəcək.
"Ağ-qaralar”ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir:
"Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa), "Apollon" (Kipr), eləcə də ilk iki tur matçının qalibləri: "Dinamo Siti" (Albaniya) - "Astana" (Qazaxıstan) və "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya).
Püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. İkinci turun oyunları 23 və 30 iyul tarixlərində keçiriləcək.
