Dünya çeempionatındakı performansı ilə adından söz etdirən Vojinyanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, kabo-verdeli qapıçı karyerasını Çilidə davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Vojinya "Kolo Kolo" ilə anlaşıb. 40 yaşlı qolkiper növbəti həftə tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Vojinya DÇ-2026-nın rəmzi heyətinə seçilib. Onun son klubu Portuqaliyada "Şavej" olub.
saytlarin hazirlanmasi
