Ramil Şeydayev Rusiya klubu ilə müqavilə imzaladı

21:29 - 3 Avqust 2026

"Qarabağ"dan ayrılan Ramil Şeydayevin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu karyerasını Rusiyada davam etdirəcək.

Şeydayev "Soçi" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı forvard I Liqa təmsilçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Ramil Şeydayev 2025/26 mövsümündə "Qarabağ"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti