"Arsenal"ın Bruno Gimarayeş üçün etdiyi təklifin detalları məlum olub.
Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, London klubu "Nyukasl"a braziliyalı yarımmüdafiəçi üçün təxminən 75 milyon funt-sterlinq təklif edib.
Buna baxmayaraq, “Nyukasl” ilk rəsmi təklifi rədd edib və futbolçunu satmaq niyyətində olmadığını bildirib. Maraqlıdır ki, “Arsenal” transferin baş tutacağına ümid edərək həftənin əvvəlində Gimarayeş üçün tibbi müayinə də planlaşdırıb.
Bununla belə, xəbərdə qeyd olunur ki, “Nyukasl”a daha sərfəli maliyyə təklifi təqdim olunarsa, tərəflər arasında razılaşma əldə oluna bilər.
Bruno Gimarayeş ötən mövsüm Premyer Liqada 29 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
