"Sumqayıt" və "İmişli" Qəbələdə qarşılaşdı - 5 qollu matç

22:21 - 3 Avqust 2026

Premyer Liqanın yeni mövsümünə hazırlıqlarını davam etdirən "Sumqayıt" və "İmişli" klubları Qəbələdə üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, bolqollu keçən qarşılaşmada İmişli təmsilçisi 4:1 hesablı qələbə qazanıb. "İmişli"nin qollarına Seyxan Fərəcov, Vüsal Qənbərov, Xəlil Mürsəlli və Dioqo Almeyda imza atıblar.

Qeyd edək ki, "Sumqayıt" daha öncə keçirdiyi sınaq matçlarında "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib, "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib. 

"İmişli" isə "Şəfa" (2:2), “Araz Naxçıvan”(2:2), "Karvan-Yevlax" (1:1) və "Qəbələ" ilə heç-heçə edib, “Qarabağ-2”yə isə 5:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti