Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la matçına çıxacaq “Dinamo” bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Sportal.az xəbər verir ki, Kiyev təmsilçisinin aparıcı üzvü Roman Salenko “Qarabağ”la oyunda meydana çıxmayacaq.
Buna səbəb isə 21 yaşlı ukraynalı futbolçunun cəzalı və zədəli olmasıdır. Ukraynalı zədəsini sağaldarsa, Bakıdakı cavab görüşündə meydana çıxa biləcək.
Qeyd edək ki, “Dinamo” - “Qarabağ” görüşü avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Cavab oyunu isə 13-də Bakıda baş tutacaq.
