"Beşiktaş" Rusiya klubu ilə razılığa gələ bilmədi - 19 yaşlı futbolçu üçün 40 milyon avro

23:15 - 4 Avqust 2026

Matvey Kislyak "Beşiktaş"ın maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, insayder İvan Karpovun məlumatına görə, təxminən bir ay əvvəl İstanbul klubu Moskva ÇSKA-sının yarımmüdafiəçisini transfer etməyə cəhd edib.

“Beşiktaş” aşağıdakı təklifi irəli sürüb:

2 milyon avro qarşılığında bir mövsümlük icarə;

18 milyon avro məbləğində satınalma hüququ.

Lakin ÇSKA rəhbərliyi Kislakı yalnız 40 milyon avroya satmağa hazır olduğunu bildirib. Bundan sonra danışıqlar davam etməyib və transfer baş tutmayıb

Xəbər xətti