Almaniya millisinin hücumçusu Bundesliqa klubunda

21:21 - 18 Avqust 2026

Almaniyanın "Verder" klubu heyətinə yeni hücumçu cəlb edib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Vest Hem"dən Niklas Füllkruqu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya millisinin üzvü 2026/27 mövsümünü "Verder"in heyətində keçirəcək.

Qeyd edək ki, Niklas Fülkruq ötən mövsümün ikinci yarısında icarə əsasında "Milan"da çıxış edib. 32 yaşlı forvard A Seriyası nəhənginin forması ilə meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti