"Mançester Yunayted"dən 76 milyon avroluq təklif

15:51 - 19 Avqust 2026

"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Brayton"da çıxış edən Karlos Balebadır. "The Athletic" nəşrinin jurnalisti Devid Ornşteyn məlumat verib.

"Qırmızı şeytanlar" kamerunlu futbolçu üçün 70+6 milyon avroluq təklif göndəriblər. "Mançester Yunayted"in bu təklifi qəbul edilməyib. Klublar arasında 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün danışıqlar davam edəcək.

Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2023-cü ilin yayında "Lill"dən 27 milyon avroya transfer edib. Kamerun millisinin üzvü 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Xəbər xətti