Rusiyalı gənc ulduz "Qalatasaray"a keçir

16:13 - 19 Avqust 2026

"Lokomotiv"in yarımmüdafiəçisi Aleksey Batrakov karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Qalatasaray" rusiyalı futbolçunu transfer edəcək. Batrakov azarkeşlərlə görüşü zamanı İstanbul nəhənginə keçəcəyini təsdiqləyib.

"Düşünürəm ki, hamınız xəbərləri izləyirsiniz və nələrin baş verdiyini bilirsiniz. Çox güman ki, "Qalatasaray"a keçəcəyəm".

Aleksey Batrkov Rusiya futbolçunun ən istedadlı oyunçularından hesab olunur. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi "Lokomotiv"in yetirməsidir. Gənc futbolçu Moskva təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 84 rəsmi matçda 34 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti