"İnter"in yarımmüdafiəçisi Körtis Cons karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, çempion "İnter" ingiltərəli oyunçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Milan klubu Cons üçün 35 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu "İnter"lə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Körtis Cons "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
