"Əl-Hilal" İngiltərə millisinin hücumçusu ilə anlaşdı

17:53 - 19 Avqust 2026

"Aston Villa"nın hücumçusu Olli Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Hilal" ingiltərəli forvardı transfer etmək istəyir. Bu barədə "TeamTalk" məlumat yayıb.

Ərəblər Uotkinslə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. "Əl-Hilal" 30 yaşlı futbolçu üçün onun klubuna 45 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, "Aston Villa" Olli Uotkinsi 2020-ci ilin yayında "Brentford"dan 34 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti