Sabah "Gəncəbasar" Futbol Klubunun təqdimat tədbiri olacaq.
Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tədbir saat 14:30-da "Hyatt Regency" hotelinin "Şuşa" zalında baş tutacaq.
Qeyd edək ki, I Liqada mübarizə aparan "Cəbrayıl"ın sahibi dəyişdikdən sonra klubun adı "Gəncəbasar" olub.
saytlarin hazirlanmasi
