İtaliya millisinin müdafiəçisi "Aston Villa"da - RƏSMİ

18:58 - 19 Avqust 2026

İngiltərənin "Aston Villa" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Atletiko"dan Matteo Rucerini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Aston Villa" italiyalı futbolçu üçün İspaniya klubuna 25 milyon avro təzminat ödəyib. 24 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Matteo Ruceri 2025/26 mövsümündə "Atletiko"nun heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti