"Tvente"nin müdafiəçisi Ramiz Zerruki UEFA Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az əlcəzairli dayaq yarımmüdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
"Oyun komandamızda böyük həyəcanla gözlənilir. Uzun müddət çalışmışıq və nəhayət, hər şey indi baş verməlidir. Söhbət iki matçdan gedir. Ümid edirik ki, sabah çox vacib bir addım atacağıq. Avropa Liqasına vəsiqə qazana bilməməyimiz məyusluq yaratdı. "Frensvaroş"la ev oyununda yaxşı fürsətlərimiz oldu. Lakin səfər matçında öz səviyyəmizi göstərə bilmədik. Belə olanda diqqəti Konfrans Liqasına yönəltməlisən. İndi buradayıq və "Qarabağ"la oyuna hazırıq. Onlar futbol oynamağı sevən və topa sahib olmaqla həll yolu axtaran təcrübəli komandadır. Sabah meydanda əsl qüvvələr nisbətini görəcəyik. Bunlar "Qarabağ"a qarşı iki final oyunudur".
Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi
