İlk iki oyunda bir xal "İmişli" üçün bərbad nəticə sayılmalı deyil. "Araz-Naxçıvan"la heç-heçə, "Zirə"yə məğlubiyyət.
Naxçıvan təmsilçisiylə oyunda qarşılıqlı hücumlar olsa da, "İmişli" ümumən yaxşı təsir bağışlamışdı. Xüsusən standart vəziyyətlərin icrası, düşünülmüş kombinasiyaların qurulması məşqlərdə görülən işin nəticəsi idi. "Zirə" ilə matçda bunun davamını gətirmək alınmadı. Buna səbəb avrokuboklara qatılan rəqibin daha hazırlıqlı və səviyyəli olması göstərilə bilər.
III tur "İmişli"ni səfərdə "Şəfa" ilə oyun gözləyir. Sportal.az saytının əldə etdiyi məlumata görə, uğursuzluq yaşanacağı təqdirdə baş məşqçi Fərid Namazovun istefası gerçəkləşə bilər. Onun yerinə əsas namizəd kimi köməkçisi, litvalı mütəxəssis Ervins Perkonsun adı çəkilir.
Məsələ ilə bağlı "İmişli"nin mövqeyini öyrənmək istəsək də, yeni mövsümün başlamasına sayılı günlər qaldığı vaxtda mətbuat katibi ilə yollarını ayıran klubun hələ də sözçüsü yoxdur.
saytlarin hazirlanmasi
