"Beşiktaş" italiyalı futbolçunun transferində son mərhələdə

22:26 - 25 Avqust 2026

“Beşiktaş” “Yuventus”un 23 yaşlı yarımmüdafiəçisi Fabio Mirettinin transferi üzrə razılaşmaya yaxındır.

Sportal.az xəbər verir ki, İstanbul klubu italiyalı futbolçunun transferi ilə bağlı “Yuventus”la danışıqlarda son mərhələyə yaxınlaşıb. Hazırkı məlumatlara əsasən, tərəflər transferin şərtlərini razılaşdırmağa çalışırlar. Mirettinin “Yuventus”la müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Futbolçunun “Beşiktaş”a keçidində baş məşqçi Vinçenzo İtalianonun maraqlı olduğu bildirilir. Son məlumatlara görə, türk klubu Mirettini icarəyə götürmək və sonradan transfer hüquqlarını əldə etmək variantını da nəzərdən keçirir.

Qeyd edək ki, Miretti ötən mövsüm A Seriyasında 23 oyunda 1 qol və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti