“Neftçi” ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 24 yaşlı hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş lüksemburqlu hücumçu "neftçi"nin heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi
