Azərbaycan millisi Niderlanda uduzdu

21:18 - 28 Avqust 2026

Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatının C qrupunun oyunları başa çatıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli bu gün qrupda beşinci oyununu keçirib.

Niderlandla qarşı keçirilmiş matçda Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv rəqibinə 1:3 uduzub. 

Azərbaycan – Niderland 1:3 (25:15, 16:2, 22:25, 19:25)

Daha əvvəl Azərbaycan Portuqaliyanı (3:1), İspaniyanı (3:0) və Rumıniyanı (3:2) məğlub edib, Belçikaya (0:3) uduzmuşdu. Beləliklə, millimiz üçüncü yeri tutaraq, pley-offa yüksəlib. Bu o deməkdir ki, onlar 1/8 finalda A qrupunun ikinci komandası olan Polşa və ya Türkiyə ilə qarşılaşacaqlar. 

Pley-off oyunları 31 avqustda Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Xəbər xətti