Millimizin hücumçusu üçün 67 dəqiqə

23:52 - 30 Avqust 2026

Rusiyada futbol üzrə Birinci Liqanın 9-cu turunun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” doğma meydanda “Çelyabinsk”i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev start heyətində meydana çıxıb və oyunda hesab açılmamış 67-ci dəqiqədə əvəzlənib.

Hazırda “Soçi” 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti