Ziyeşin yeni klubu məlum oldu

15:42 - 7 Sentyabr 2026

Mərakeşin "Vidad" klubundan ayrılan Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Roomano məlumat yayıb.

33 yaşlı vinger "Botafoqo" klubu ilə anlaşıb. Mərakeşli futbolçu artıq tibbi müayinədən keçib. O, yaxın zamanda A Seriyası təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Hakim Ziyeş 2025-ci ilin oktyabrından "Vidad"da çıxış edirdi. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti