"Real"ın hücumçusu Kilian Mbappe “Qızıl Top”u qazanmaq şansları barədə danışıb.
Sportal.az xəbər verir ki, fransalı forvard dünya çempionatındakı performansına görə mükafata layiq olduğunu deyib:
"Bu yay ən nüfuzlu turnirdə tarix yazdım, amma hələ qarşıda uzun yol var. Ola bilər ki, “Qızıl Top” baxımından bu, mənim üçün uğurlu il olacaq. Lakin jurnalistlər səs verirlər və qərar məhz onlarındır. Mən yalnız bacardığım qədər ən yaxşı şəkildə çıxış etməyə diqqət yetirirəm".
Qeyd edək ki, Kilian Mbappe DÇ-2026-da 10 qol vurub və turnirin bombardiri olub.
saytlarin hazirlanmasi
