“Real”ın baş məşqçisi Jose Mourinho kluba Çempionlar Liqası titulunu borclu olduğunu düşünmür.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb və üç titul qazanıb – İspaniya çempionluğu, İspaniya Kuboku və İspaniya Superkuboku. Çempionlar Liqasında isə komanda yarımfinala qədər irəliləyib. Bu yay Joze kluba qayıdıb.
Sentyabrın 8-də “Real” 2026/27 mövsümü Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “İnter”i qəbul edəcək.
“Real”a Çempionlar Liqası titulunu borclu olduğumu düşünmürəm. Mənim “Real”da iki fərqli dövrüm var. Birincisi 2013-cü ildə başa çatdı. Biz bacardığımızı qazandıq, uduzduğumuzu da uduzduq. Bütün gücümüzü ortaya qoyduq, amma hər şey başa çatıb – həmin fəsil bağlanıb. Keçmişlə heç bir əlaqə yoxdur. Bunlar sadəcə “Real” tarixində iki fərqli dövrdür.
2010-cu ildə biz uzun illər ərzində 1/4 finala çıxa bilmirdik və yarımfinalda oynamırdıq. İndi isə bu, son illərdə bilmirəm, neçə Çempionlar Liqası titulu qazanmış “Real”dır. Altı, yeddi, yoxsa səkkiz? Bunlar iki fərqli dövrdür, amma bu, mənim düşüncə tərzimi dəyişmir.
Əgər məndən “Real”la Çempionlar Liqasını qazanmaqdan sevinərdimmi deyə soruşsanız, əlbəttə ki, bəli. Əlbəttə! Amma bunun əvvəllər bunu bacarmamağımla heç bir əlaqəsi yoxdur”, – Mourinho deyib.
saytlarin hazirlanmasi
